Heydər Əliyev Fondu ilə ABŞ Konqresinin kitabxanası arasında memorandum imzalanacaq

img

08-09-2010 [12:04]


Heydər Əliyev Fondu ilə ABŞ Konqresinin kitabxanası arasında əməkdaşlıq haqqında memorandum imzalanacaq. MIA-nın xəbərinə, sentyabrın 7-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ilə ABŞ Konqresi kitabxanasının direktoru Ceyms Billinqtonun başçılıq etdiyi nümayəndə heyətinin görüşü zamanı bununla bağlı razılıq əldə olunub. Heydər Əliyev Fondu ilə ABŞ Konqresinin kitabxanası arasında əməkdaşlıq çərçivəsində Azərbaycanda əlyazmaların rəqəmsal formata çevrilməsi üçün birgə işlər aparılacaq. Bu əlyazmalar dünya rəqəmsal kitabxanasının saytında yerləşdiriləcək. Bundan sonra dünya ictimaiyyəti bu əlyazmalardan istifadə edə biləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA