28-12-2017 [15:00]
İtkin düşən alpinistlərimiz özləri ilə 4 günlük yemək götürüblər.
Bu barədə Axar.az-a "Gilavar” – hava və ekstrim idman klubundan məlumat veriblər. Klubdan bildiriblər ki, alpinistlərdə lazım olan bütün ehtiyat əşyalar var:
"Onlar kifayət qədər peşəkar alpinistlərdir. Bundan öncə Xınalıq rayonuna yürüyüşlərimiz çox olub, bu dağ da daxil olmaqla, bir çox dağlara çıxılıb. Amma sırf onların nəzərdə tutduğu marşrut üzərindən çıxılıb-çıxılmadığı haqqında məlumatı tam dəqiq deyə bilməyəcəm. Klubda hər kəs ayrı-ayrı idman sahələrində çalışır. Hazırda sırf bu qayayadırmanma, dağadırmanma ilə əlaqədar şəxslər axtarış qrupundadır”.
İdman klubunun rəhbəri Ziya Qasımov isə Lent.az-a açıqlamasında bildirib ki, alpinistlərin sağ-salamat tapılmasına inamını itirməyib:
"Bu insanlar fiziki cəhətdən hazırlıqlı, peşəkar idmançılardır. Məsələn, Namin Bünyatzadə xüsusi təyinatlı qüvvələrdə zabit kimi çalışıb, Babur polis orqanlarında nümunəvi zabitlərdəndir. Əgər fors-major hal olmayıbsa, biz onların sağ-salamat olduğuna inanırıq. Çünki kifayət qədər azuqələri olub. Üstəlik, çox güclü olduqları üçün bir neçə gün ac da qala bilərlər”.
Klub rəhbəri əlavə edib ki, itkin düşən alpinistlər çox peşəkardır və fors-major halları əvvəlcədən hiss edib onu qabaqlaya bilərlər: "Biz onların təcrübəsinə əminik. Düşünürük ki, Allah eləməsin, bədbəxt hadisə baş verməyibsə, tezliklə sağ-salamat tapılacaqlar. Eyni zamanda bütün ehtimalları nəzərdən keçiririk. Laza istiqamətinə kimi hər yer axtarılır. Bəzi yerlərdə qar uçqunları var, onları qazırıq. Hətta daha əvvəldən baş vermiş qar uçqunlarını da qazırıq ki, əmin olaq”.
Qeyd edək ki "Gilavar” – hava və ekstrim idman klubunun üzvü olan alpinistlər: Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu, Cəbrayılzadə Fəridə Cəbiyulla qızı dekabrın 23-də Tufandağ istiqamətində yürüşə çıxıb. Onlar sonuncu dəfə Mahmuddərə adlanan ərazidə olarkən mesaj yazıblar və bildiriblər ki, hava şəraiti ilə bağlı yuxarı qalxa bilməyiblər, Mahmud çayının dərəsində gözləyirlər. 26 dekabrda geri dönməli olsalar da, qayıtmayıblar və onlarla əlaqə də kəsilib.
Hazırda FHN-in Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və peşəkar alpinistlərdən ibarət könüllü dəstə alpinistlərin axtarışına cəlb edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi