Sərhəddə cinayətkar dəstə zərərsizləşdirildi - FOTO

img

28-12-2017 [12:02]


Dövlət Sərhəd Xidmətinin (DSX) keçirdiyi tədbirlər nəticəsində nar­kotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olan mütəşəkkil cina­yət­kar dəstə zərərsizləşdirilib.

DSX mətbuat mərkəzindən Mia.az-a bildirilib ki, Cəlilabad rayon Edişə kəndindəki sərhəd zastavasının xidməti sahəsində həyata keçirilmiş sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri nəticəsində tamah məqsədilə İran vətəndaşları ilə əlbir olmuş cinayətkar dəstə tərəfindən külli miqdarda ağır tərkibli narkotik vasitələrin İran İslam Respublika­sından Azərbaycan Respublikasına qanunsuz yolla keçirilməsinin qarşısı alınıb.

Əməliyyat zamanı Cəlilabad rayon sakini, 1991-ci il təvəllüdlü Alışov Aqil Həsən oğlu 1 kiloqram həşiş, 7 kiloqram 445 qram tiryək və 5 kiloqram 345 qram heroinlə saxlanılıb.

Cinayətkar dəstənin digər üzvləri sərhədçilərin qanuni tələblərini icra etmədən havanın qaranlıq və relyefin mürəkkəb olmasından isti­fadə edərək hadisə yerindən qaçmağa müvəffəq olublar.

Həmin şəxslərin yaxalan­ması və istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA