AXCP - Müsavat sabah seçki blokunu elan etmək barədə qərar qəbul etdi

img

07-09-2010 [03:28]


Bu gün AXCP və Müsavatın partiyalarının sədrləri Əli Kərimli ilə İsa Qəmbər arasında parlament seçkilərində vahid namizəd siyahının razılaşdırılması ilə bağlı sonuncu görüş keçirilib. Bu görüşdə 90-dan artıq seçki dairəsi razılaşdırılıb. Bu barədə MİA-ya məlumat verən Müsavat Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib ki, görüşdə vahid siyahı da müəyyən edilib: "Müzakirə nəticəsində Müsavat deputat qrupunun üzvlərinə, AXCP rəhbərliyində təmsil olunan şəxslərə güzəştə gedildi. Sabah AXCP-nin Rəyasət Heyəti və Müsavat Divanı toplanacaq. Burada seçki blokunun elan olunması məsələsi müzakirə ediləcək. Hər iki partiyanın birləşdiyi seçki blokunun yaradıldığı elan ediləcək?. Müsavat deputat qrupunun üzvləri ilə bağlı yaranmış problem də aradan qaldırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA