Ali Məclis sədri qərar verdi - Sessiya çağırıldı

img

26-12-2017 [20:12]


Dekabrın 30-da saat 11.00-da Naxçıvan şəhərində Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası çağırılıb.

Bununla bağlı bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq qərar imzalayıb.

Sessiyanın gündəliyinə 2017-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları, Naxçıvan Muxtar Respublikasının 2018-ci il dövlət büdcəsinin, İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il büdcəsinin təsdiq edilməsi, o cümlədən Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı daxil edilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA