26-12-2017 [18:17]
Özəl və ya dövlətə məxsusluğundan asılı olmayaraq, hər müəssisə çalışır ki, öz məhsullarını, xidmətlərini reklam etsin. Reklam və piar müasir dünyamızda mal və məhsulları daha çox satmaq üçün ən effektiv yollar hesab olunur. Əlbəttə, təqdim-təbliğ etdiyin mal və xidmətin keyfiyyəti də öz yerində...
Azərbaycanda da həm özəl, həm dövlət müəssisələri reklam və piar işlərinə diqqət yetirirlər. Bu məqsədlə müxtəlif reklam çarxları, posterlər, nəşrlər və sair hazırlanır, müxtəlif vasitələrlə yayımlanır. Və bu proseslərdə, adətən, reklamı gedən müəssisənin kollektivi, xüsusilə də reklam və piar işinə məsul şəxsləri aktiv iştirak edirlər.
Musavat.com xəbər verir ki, bu baxımdan, "BakıBus" MMC-nin İctimaiyyətlə əlaqələr xidmətinin rəhbəri olan Mansur Piriyevin Feysbuk hesabında paylaşdığı 2 foto diqqətimizi cəlb etdi. Fotolar "Bakı 70-ci illər və indi...” başlığı altında paylaşılıb.
Və onların birində qapılarından çoxlu sayda insan sallaşan köhnə Bakının sərnişin avtobusları, birində isə BakıBusa məxsus yeni avtobuslar əks olunub...

MMC rəsmisinin çalışdığı müəssisənin məhsulunu-xidmətini reklam etmək istəyi anlaşılan olardı, əgər bu reklamla digər məhsulu pisləməsəydi. Belə ki, Piriyevin mənfi çalarla qeyd etdiyi 70-ci illər Azərbaycan tarixində iqtisadi yüksəliş, hər sahədə böyük irəliləyişlərin əldə olunduğu dövrlərdən biri hesab olunur. Azərbaycana həmin vaxtlar mərhum prezident Heydər Əliyev rəhbərlik edib.
O illərdə Bakıda avtobus yeganə nəqliyyat vasitəsi olmayıb – metro, trolleybus və tramvay kimi alternativ nəqliyyat vasitələri də sərnişinlərə xidmət göstərib.
BakıBus dövlətin hərtərəfli dəstəyi, qayğısı ilə əhatə olunmuş azsaylı müəssisələrdən biridir. Çox geniş spektrli və miqyaslı dəstəklə əhaliyə keyfiyyətsiz xidmət göstərmək dövlətə xəyanətə bərabər olardı. MMC rəsmilərinin geniş reklam təbliğatlarında əksini tapan məsələlərin çoxuna məhz dövlət dəstəyi sayəsində nail olunub.

Onu da qeyd edək ki, Azərbaycanın "Reklam haqqında” qanunvericiliyinə görə, hansısa məhsul və xidməti digərini pisləməklə reklam etmək qadağandır. Hörmətli Mansur Piriyevin ən azı bunu bilməsi gərəkirdi.../Musavat.com
Yeri gəlmişkən, Mia.az xəbər verir ki, qeyd ediən paylaşımdan sonra "Yeni Musavatın baş redaktorunun birinci müavini Azər Ayxan Mansur Piriyevin statusuna yazıda vurğulanan eyhamları şərh formasında çatdırıb. Lakin xidmət rəhbəri bununla razılaşmayıb və belə bir məqsədi əsla güdmədiyini qeyd edib.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi