“İT İLİ” KİMLƏRƏ DÜŞƏRLİ, KİMLƏRƏ QƏNİM OLACAQ?!”

img

26-12-2017 [15:08]


Səxavət TAĞLAR,

Yazıçı- publisist, əməkdar müəllim

***

Yeni ilin - 2018 ci ilin başlamasına sanlı günlər qalır. Şərq təqviminə görə, ilimiz "Sarı it ili”dir.

 İt ayıq-sayıq bir ev heyvanı, insanların vəfalı dostu və keşikçisidir. 2018-ci ilin "it ili " olması bu baxımdan nəyi vəd edir?! 

İlimiz dostluq ili, mehribançılıq, sədaqətlilik ili, inam və etibar ili olacaqdır. Bunlar da həyat tərzimiz, yaşamımız üçün olduqca önəmlidir. 

Yadıma uşaq vaxtı oxuduğum bir hekayə düşdü: "Bənək yurdda qaldı” (səhv etmirəmsə müəllifi Oruc Qoşqarlıdır). Elatda bir obanın Bənək adlı iti olur. Oba yaylaqdan köçərkən it yurdda qalır.Və növbəti yazda oba yaylağa qalxıb, yurda toxtayanda onları ac-yalavac, heydən düşmüş Bənək qarşılayır... Son nəfəsində sanki bu anı, bu məqamı gözləyirmiş kimi böyük inamla sahibinin ayaqlarını yalayıb, keşikçisi olduğu sürüyə göz gəzdirib, əbədi gözlərini yumur..."

..."Sarı it ili”ndə astroloqların yozumu və proqnozu uğurdan xəbər verir. Təəssüf ki, hamı üçün yox! Sədaqətli, inamlı və etibarlı şəxslər ücün bu gözlənti daha realdır. İl dövlətçilik, əxlaqi, milli-mənəvi dəyərlərin keşikçilik funkusiyasına görə dövlət malına göz dikənlər, rüşvət alanlar, qəlbi, nəfsi pis niyyətli olanlara düşərli olmayacaq. Gəl, gəl.. Xoş gəlirsən, yeni il! Qədəmlərin mübarək! Ümidliyik ki, xalqımıza düşərli olacaqsan. Xalqımızın gözəl adət-ənənələri –birliyi, dosta sədaqəti, vəfası, etibarı, mübarizliyi, Vətənpərvərliyi bir daha dünya birliyində öz sözünü deyəcək. Qovuşuq ili olacaq! 

Ürəyimizi üşüdən, qəlbimizi susduran Şuşa harayı, Qarabağ sızıltısı qəlbimizdə sevinc, gozlərimizdə işıqla əvəzlənəcək! Birliyimiz var olsun, ilə ümid və inamımla qədəm qoyaq...


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA