25-12-2017 [21:27]
Azərbaycanın tanınmış iş adamlarından biri artıq altı aydır ki, həbsdədir. Maraqlıdır ki, indiyə kimi bu sensasion həbs barədə KİV-lərdə heç bir məlumat dərc edilməyib.
Mia.az Azinforum.az-a istinadən xəbər verir ki, "Şahin” şirkətlər qrupunun sahibi Hüseynli Şahin Rabil oğlu saxlanılıb. O, eyni zamanda, Bakının məşhur restoranları və əyləncə məkanları kimi tanınan – "Kənd Süfrəsi” və "Kartinq” restoranlarının da sahibidir.
Hazırda Xəzər Rayon Məhkəməsinin icraatında olan 170010317 saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində isə onun həyat yoldaşı tanınıb.
İş adamının həbsinə ailə daxilində olan bir dava-dalaş səbəb olub. Hazırda həbsdə olan iş adamının həyat yoldaşı adının çəkilməməsi şərtilə saytımıza müsahibə verməyə razı oldu. Müsahibin istəyini nəzərə alaraq, onun adını şərti olaraq (L.Z.) kimi qeyd edəcəyik.
-Bizdə olan məlumata görə, siz tanınmış iş adamı Şahin Hüseynlinin həbsi ilə bağlı qaldırılmış cinayət işində zərəçəkən kimi tanınırsınız. Bu həqiqətənmi belədir?

Sizin diqqətinizə çatdırmaq istəyirəm ki, bu həbs barədə məlumatların ictimailəşməməsinin birinci səbəbkarı mən olmuşam. Çünki istintaq dövründə işi araşdıran müstəntiqə bununla bağlı xəbərdarlığımı etmişdim. İlk dəfədir ki, bu barədə sizə məlumat verirəm. Doğrudur, mən bu işdə yeganə zərərçəkən kimi tanınmışam. Ancaq məsələnin detalları tamamilə başqa cürdür. Bu heç də o anlama gəlmələidir ki, Şahin Hüseynli mənə və ya cəmiyyətə qarşı bağışlanılması mümkün olmayan bir cinayət törədib.
-Mümkündürsə, özünüzün niyə zərəçəkən kimi tanınması və Şahin Hüseynlinin həbsinə səbəb olan hadisə barədə ətraflı məlumat verin.
Bildirirəm ki, Mən Hüseynov Şahin Rabil oğlunun həyat yoldaşıyam. Bizim dini kəbinimiz var və uzun müddətdir bilikdə yaşayırıq. Biz 21.07.2017-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, "Mayak bağları”ndakı evimizdə olarkən aramızda mübahisə düşdü. Bu hər evdə olan bilən bir hadisədir. Hər ikimiz əsəbi olduğumuzdan mübahisə davaya çevrildi və Şahin mənə yüngül xəsarət yetirdi. Mən həmin vaxt hirsli olduğumdan polisə şikayət etdim .Elə düşündüm ki, bununla Şahini bir qədər sakitləşdirə bilərəm. Lakin sonradan biz barışdıq və mən şikayət ərizəmi geri götürdüm. Ancaq buna baxmayaraq, həyat yoldaşım 6 aydır ki, azadlıqdan mərhum edilib.
Mən həyat yoldaşım Şahin Hüseynlinin işi ilə bağlı hüquqşünaslar və vəkillərlə məsləhətləşmələr apardım, tərtib edilmiş ittiham aktını onlara göstərdim. Məlum oldu ki, həyat yoldaşım Şahin Hüsynliyə qarşı AR CM-nin 221.3-cü maddəsi ilə, yəni xüliqanlıqla cinayət işi başlayıblar və ona ittiham veriblər. İşin ibtidai istintaqını Xəzər rayon Polis İdarəsinin müstəntiqi Müşfiq Qocayev aparıb.

-Şahin Hüseynli ilə bağlı istintaqı həbs qəti-imkan tədbiri seçmədən aparmaq olmazdımı?
– Mənə də bu maraqlı gəlir. Çünki cinayət işi üzrə yaranmış vəziyyət bunu mümkün edirdi. Bilirsiniz ki, hazırda ölkənin hüquq sistemində dekriminallaşma ilə bağlı mühüm addımlar atılıb. Bununla bağlı hətta Prezidentin imzası ilə qanun da qəbul edilib. Həmin qanunun tələblərinə görə, məhkəmələrə mümkün qədər həbs qəti-imkan tədbirinin az seçilməsi tövsiyyə edilir. Ancaq biz nəyin şahidi oluruq? İndi mənə aydın olur ki, onun əməllərində elan olunan cinayətin tərkibi yoxdur. Hesab edirəm ki, onun əməli AR CM-nin 128-ci maddəsinə tövsis edilməli və biz barışdığımıza görə işə xitam verilməlidir. Çünki evin içərisində ər-arvadın mübahisəsi nəticəsində yetirilən xəsarət xüliqanlıq əməli kimi qiymətləndirilə bilməz. Hadisə baş verəndə evdə bizdən başqa heç kəs olmayıb, sonra Şahin mənə kömək edib, taksi çağırıb və məni xəstəxanaya aparıb.

-Bizdə olan məlumata görə, Şahin Hüseynlinin adı bundan əvvəl də hansısa qalmaqalda hallanıb və onun barəsində hətta cinayət işi də qaldırılıb. Ola bilərmi ki, məhz bu amillər onunla bağlı istinaq dövründə həbs qəti-imkan tədbirinin seçilməsinə səbəb olub?
Mən sizinlə razı deyiləm. Bilirsiniz, sizin dediyiniz həmin hadisəyə təəssüf ki, jurnalistlər bir qədər fərqli kolorit qataraq cəmiyyətə təqdim etmişdilər. Mediaya həmin məlumatı ötürənlər sanki Şahin Hüseynlidən potensial bir cinayətkar obrazını yaratmağa çalışırdılar.
Gəlin mənim həyat yoldaşımın keçdiyi həyat yoluna nəzər salaq. Baxaq görək, belə adamdan cinayətkar olarmı? Şahin Hüseynli 1972-ci ildə Bakı şəhərində anadan olub. Məktəbi qızıl medalla bitirərək BDU – nun hüquq fakultəsinə daxil olub. Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru vəzifəsinə təyin edilib. Şahin Hüseynli 1995 – 2005 – ci illərdə Azərbaycan Respublikası Prokurorluq orqanlarında çalışıb. 2005-ci ildə Milli Məclisə keçirilən seçkilərdə deputatlığa namizəd kimi qeydə alınıb. O, el arasında xeyriyyəçi kimi də tanınır. Şahin hətta atılmış uşaqların saxlandığı evlərdən birini öz himayəsinə götürüb. Yüzlərlə insanı işlə təmin edib. Səngərdə Vətənə qulluq edən əsgərlərə daima bayram hədiyyələri göndərib. Bir neçə şəhid ailəsinə maddi yardım göstərməyə davam edib. Qarabağ veteranlarının əməliyyatlarının xərclərini qarşılayıb. Mən həyat oldaşımın qısa portret cizgilərini sizə təqdim etdim. Özünüz nəticə çıxarın.
-Amma Şahin Hüseynlinin əvvəl hansı hadisəyə görə şərti cəza alması barədə heç nə danışmadınız…

Mənim hansısa sualdan yayınmaq fikirim yoxdur. Şahin Hüseynlini tanıyan hər kəs bilir ki, o, haqsızlıqla barışan insan deyil. Elə bu səbəbdəndir ki, 2012 – ci ildə başına gələn hadisə səbəbindən AR CM – 221.3 (xuliqanlıq) maddəsi ilə ittiham olunub və 3 il şərti cəza alıb. Belə ki, Şahin Hüseynlinin doğma bibisi oğlu, atası Rabil Hüseynovun böyüdüb boya-başa çatdırdığı Yaşar Məlikov (hazırda "Neolit” restoranının sahibidir) dayısı Rabil Hüseynovun etibarından sui-istifadə edərək, onlardan oğurladığı pullar ilə "Neolit” restoranını tikdirərək, saxta sənədlərlə öz adına keçirib. Bu haqsızlığa dözməyən Şahin Hüseynli Yaşar Məlikovanın yanına gedərək onunla danışmaq istədikdə, Yaşar Məlikov əlli nəfər idmançını Şahinin üstünə göndərib özü isə qaçmışdı. Həmin hadisədə tək olan Şahin Hüseynli özünü müdafiə məqsədi ilə avtomobilinin yük yerindən götürdüyü silah ilə havaya bir dəfə atəş açıb. Bu hadisədən dərhal sonra Şahin Hüseynli Nizami RPİ – nin əməkdaşlarına təslim olub və məsələyə Nizami Rayon Məhkəməsi tərəfindən hüquqi qiymət verilib.
-Hazırda iş hansı mərhələdədir və siz həyat yoldaşınızın azadlığa çıxması üçün hansı addımları atırsınız?
İş Xəzər Rayon Məhkəməsinin hakimi Zeynəb Axundovanın icraatındadır. Mən həyat yoldaşımla barışıdığımı desəm də, onun əməlində xüliqanlıq cinayətinin tərkibi olmadığını vəkillər və iş materialları sübuit etsə də, hələlik heç bir irəliləyiş yoxdur. Əksinə, mən artıq hiss edirəm ki, onu azadlığa buraxmayacaqlar və o, öz ailəsinin yanına qayıda bilməyəcək.
Onun içəridə qalması və düzgün olmayan ittihamın verilməsindən belə çıxır ki, günahkar mənəm. Əgər mən şikayət etməsəydim, o indi azadlıqda mənim yanımda olardı. Mən bu haldan çox sarsılmışam və hətta özümə qəsd etmək həddinə çatmışam. Fürsətdən istifadə edib sizin sayt vasitəsilə mən cənab Prezidentə müraciət edirəm. Ondan artıq dərəcədə xahiş edirəm ki, bir gözü yaşlı, özünü şikayət etməkdə günahkar hesab edən qadın kimi məni başa düşsün və həyat yoldaşım Şahin Hüseynlinin azadlığa çıxaraq ailəsinin yanına qovuşması üçün köməkliyini əsirgəməsin.
-Bununla bağlı digər instansiyalara hansısa müracətləriniz olubmu?
– Bəli, cənab Prezidentə etdiyim müraciətin sürətini Azərbaycan Respublikası Birinci Vitse Prezidenti Mehriban Əliyevaya, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevə, Azərbaycan Respublikası baş Prakuroru Zakir Qaralova, Azərbaycan Respublikası Daxili İşlər Naziri Ramil Usubova, Bakı Şəhər Prokuroru İlqar Abbasova, Azərbaycan Respublikası Prezidentin hüquq muühafizə orqanları ilə iş və hərbi məsələləri üzrə köməkcisi və şöbə müdiri Fuad Ələsgərova, Ombutsman Elmira Süleymanovaya göndərmişəm. Həmin müraciətimdə bildirmişəm ki, yoldaşım Şahin Hüseynliyə qarşı verilən AR CM-221.3 maddəsi ilə razı deyiləm. Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun 23 mart 2004-cü il tarixli, 1 №-li Qərarına "Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərərkətlər xuliqanlıq kimi qiymətləndirilmir” əsaslanaraq bildirmişəm ki, bu qanunsuzluğa susmayacam.

– Bizdə olan məlumata görə, Şahin Hüseynli həm də ölkə miqyasında tanınmış olan bir ailənin övladıdır. Onun ailəsi barədə ətraflı məlumat verə bilərsiniz?
– Bəli, Şahinın atası "Bakı Şərab-2” ASC-nin rəhbəridir. Ailəvi olaraq xeyiriyyəçi kimi tanınırlar. Rabil Hüseynov anadan olduğu Saatlı rayonunda bir neçə məktəb və məscid tikdirib. Onu da qeyd etmək istərdim ki, Rabil Hüseynov Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsində, YAP-ın yaradılmasında müstəsna xidmətləri olan şəxslərdəndir. Ümummilli liderimiz Heydər Əliyevin yolunda fədakarlıq edən şəxs kimi Rabil Hüseynov istər Ayaz Mütəllimovun, istərsə də AXC hakimiyyəti dövründə təzyiqlərə məruz qalaraq, dəfələrlə həbs təhlükəsi ilə üzləşib, hətta bir neçə gün həbs həyatı da yaşayıb. Lakin hər dəfə dahi şəxsiyyət Heydər Əliyevin müdaxiləsi nəticəsində azadlığa çıxmış və yerinə bərpa olmuşdur. Təəssüf edirəm ki, bu qədər dövlətə sadiqliyi ilə tanınan Rabil Hüseynovun oğlu Şahin Hüseynlinin başına belə hadisələr gəlir.
P.S. Qeyd edək ki, Şahin Hüseynlinin qardaşı Qabil Hüseynli keçmiş baş prokuror Eldar Həsənovun kürəkənidir. Bundan başqa, Şahin Hüseynlinin həyat yoldaşının açıqlamasında "Neolit" şadlıq evinin və Yaşar Məikovun adını çəkməsinin də təsadüf olmadığını demək mümkündür. Niyə? Söz yox ki, hazırda "Neolit"də Yaşar Məlikovun icraçı olduğunu deyənlər də var.
Qeyd edək ki, 2012-ci ildə Şahin Hüseynlinin ilk həbsində məhz bibisi oğlunun rolunun olması mətbuatda təkzib ounmayan xəbərlərlə təsdiqlənib. Daha dəqiqi, onu himayə edənlərin.
O ki qaldı hazırda "Neolit"in kimlərin himayəsində və ya nəzarətində olmasına, bununla bağlı da cəmiyyətdə maraqlı personajların, məmurların adı hallanır...
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi