Azərbaycanda 15 milyona satışa çıxarılan klub "Hafka"nın deyil - O hazırda vəzifədə olan ....

img

24-12-2017 [23:06]


Ölkənin elan saytlarından birində futbol klubu satışa çıxarılıb.

Qol.az-ın məlumatına görə, elanda Abşeron rayonunda böyük bazası olan klubun bütün avadanlığı ilə birlikdə satıldığı qeyd olunub. 11 hektarlıq ərazini əhatə edən bazaya 15 milyon manat qiymət qoyulub.

Ad açıqlanmasa da, həmin klubun Hafiz Məmmədovun prezidenti olduğu "Bakı" klubu olduğu güman edilir.

Məsələ ilə bağlı "Bakı”nın vitse-prezidenti Yaşar Seyidovla əlaqə saxladıq. Y.Seyidov Unikal.org-a açıqlamsında həmin bazanın onlara aid olmadığını deyib:

"Bizim bazamız Biləcəridə yerləşir. Həmin elanın bizə, klubumuzun rəhbəri Hafiz Məmmədova heç bir aidiyyatı yoxdur".

Unikal.org-un başqa bir mənbədən aldığı məlumata görə, həmin bazanın sahibi olan klub heç bir zaman Premiyer liqa və I Diviizionda çıxış etməyib. Həmin baza hazırda vəzifədə olan şəxslərdən birinə məxsusdur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA