Yunan nazirin "bacarırsız, gəlin alın" ultimatumuna sərt cavab: "Ecevit nə elədi? Getdi aldı, 2019-da da belə edəcəyik"

img

23-12-2017 [20:27]


CHP lideri Kamal Kılıçdaroğlu Yunanıstana, onun müdafiə naziri Panos Kammenosa çox sərt xəbərdarlıq edib.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kamal Kııçdaroğlu bir müddət əvvəl  "Yunanlar Ege dənizində Türkiyəyə məxsus 18 adanı işğal edib" bəyanatına Yunanıstan müdafiə nazirinin cavabına çox sərt reaksiya verib.

O, yunan nazirə çox açıq, prezident Ərdoğana isə adını çəkmədən sərt mesajlar ünvanlayıb:

"Bəli, Yunanıstan Egedə 18 adanı işğal edib. Ya arkadaş (Ərdoğanı nəzərdə tutur-Mia.az), mənim hər söylədiyimə söz yetişdirirsən, bir də bu 18 adayla bağlı bir cümlə de. Bir cümlə belə demirsən. Sənin əvəzində Yunanıstan müdafiə naziri mənə cavab verdi. "Gəl, al" deyir. 2019-da gələcəyəm, o adaların tamamını alacağam. Bir vaxtlar bunlar Kipr üçün də "Gəl, al" deyirdilər. Rəhmətlik Ecevit nə elədi? Çıxdı və getdi aldı. Bitdi bu qədər".

Kılıçdaroğlu Ərdoğanın yunan nazirə qorxudan cavab belə verə bilmədiyini iddia edib:

"Hanı bəs sən dünya lideriydin?! Hanı qardaşım, bəs hər kəs önündə titrəyirdi? Süleyman Şah türbəsini öz topraqlarımızdan qaçırdıq. Kimsə mənə millilikdən danışmasın. Öz torpağını terror örgütünə buraxacaqsan, öz türbəni alıb qaçıracaqsan, sonra da qalxıb mənə "Mən milliyəm" deyəcəksən. Olmaz. Mən gərəkirsə, orada şəhid olaram, amma torpağımı qoruyaram. Vətənim üçün hər şeyi edərəm. 

Egedə bizə məxsus 18 adada yunanlar hərbi birlikləri quracaq, mən bunu dilə gətirəcəyəm, səs isə bir cümlə ilə buna toxunmayacaqsan. Kimsən sən?! Bəs milli idin, niyə demədin Yunanıstan müdafiə nazirinə ki, "Sən Türkiyə Cumhuriyyəti dövlətinin ana müxalifət partiyasını təhdid edə bilməzsən". Niyə demədin?!".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA