İcra hakimiyyətlərinə əlavə səlahiyyət verilir - Dəyişiklik

img

23-12-2017 [20:13]


Azərbaycanda dövlət əhəmiyyətli avtomobil yollarının qorunması, saxlanılması və abadlaşdırılması zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə cavabdeh qurum dəyişdirilir.

 

Bununla bağlı "Yol hərəkəti haqqında” qanunun 10-cu (Avtomobil yollarının saxlanılması, qorunması və abadlaşdırılması zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi) maddəsinin 2-ci bəndinə dəyişiklik edilir.


Dəyişikliyə əsasən, maddənin adında göstərilən hallar üzrə dövlət əhəmiyyətli avtomobil yolları üzrə cavabdehlik müvafiq icra hakimiyyəti orqanına yox, müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma həvalə edilir.


Layihə Milli Məclisin dekabrın 29-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA