Hökumət gömrüklə bağlı qərar verdi - Aksiz dərəcələri müəyyənləşdi

img

23-12-2017 [10:27]


Gələn ildən Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli mallar üçün yeni aksiz dərəcələri müəyyən edilib. 

Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib. 

Dəyişikliyə əsasən, "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri” yeni redaksiyada təsdiq edilib.
 
Bu qərar dərc edildiyi gündən 30 gün sonra, 2018-ci il yanvarın 23-də qüvvəyə minir.

 Qeyd edək ki, alkoqollu içkilər, etil (yeyinti) spirt və tütün məmulatı aksiz vergisinə cəlb olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA