Komitə sədri onlara vəzifə verdi - SİYAHI

img

22-12-2017 [16:52]


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru və Himayəçilər Şurasının üzvləri təyin edilib.

Bu barədə Komitənin mətbuat xidmətindən bildirilib.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının imzaladığı əmrə əsasən, ilahiyyat elmləri üzrə fəlsəfə doktoru Mehman Qurban oğlu İsmayılov icraçı direktor vəzifəsinə təyin edilib. 

M.Q.İsmayılov indiyədək Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musa oğlu Musayev Fondun Himayəçilər Şurasının sədri, Şuranın üzvlüyünə isə Milli Məclisin deputatı Sahibə Əli qızı Qafarova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Məmmədiyyə qızı Sofiyeva, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru və AMEA-nın Humanitar elmlər bölməsinin akademik katibi Teymur Həşim oğlu Kərimli və "Səs” Media Qrupunun rəhbəri Bəhruz Vaqif oğlu Quliyev təyin ediliblər.

Qeyd edək ki, Mənəvi Dəyərlərin Təbliği Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il oktyabr ayının 10-da imzaladığı fərmanla ölkədə mövcud dini konfessiyaların dəstəklənməsi, mənəvi dəyərlərin qorunmasını və inkişafı, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə yaradılıb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA