Ərdoğanla Putin arasında telefon danışığı olub - Qüds məsələsi

img

22-12-2017 [15:16]


Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub.

Kremlin mətbuat xidmətinin məlumatına görə, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı BMT Baş Assambleyasının Qüdsün statusu ilə bağlı qətnamə qəbul etməsi kontekstində Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Dövlət başçıları Fələstin-İsrail münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində və Fələstin xalqının müstəqil dövlət yaratmaq hüququnun təmin olunması əsasında həllinə bundan sonra da yardım edəcəklərini təsdiqləyiblər.

Söhbət zamanı həmçinin Suriyadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Putin və Ərdoğan Astanada Suriya münaqişəsinin həlli ilə bağlı keçirilən 8-ci beynəlxalq görüşdə Soçidə keçiriləcək Suriya Milli Dialoq Konqresinin vacib aspektlərinin razılaşdırılacağını ümid etdiklərini vurğulayıblar.

Rusiya və Türkiyə prezidentləri ikitərəfli əməkdaşlığın bütün istiqamətlər üzrə uğurlu inkişafı ilə bağlı aktual məsələlərə də toxunublar/apa.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA