"İnterfaks-Azərbaycan"ın baş direktoru Bakıda dəfn olunacaq

img

22-12-2017 [12:39]


 "İnterfaks-Azərbaycan" informasiya agentliyinin baş direktoru Aleksandr İvanov Bakıda dəfn olunacaq. 

"Report" xəbər verir ki, onun cəsədi dekabrın 23-də Moskvadan Bakıya gətiriləcək və Azərbaycan paytaxtındakı qəbiristanlıqlardan birində torpağa tapşırılacaq.

Bu gün isə Moskvada Aleksanda İvanovla vida mərasimi keçiriləcək.

Xatırladaq ki, "İnterfaks-Azərbaycan"ın baş direktoru ötən gün beyninə qan sızması nəticəsində ömrünün 68-ci ilində Moskvada vəfat edib. O, 1950-ci il iyulun 12-də Bakıda anadan olub, 2005-ci ilin avqust ayında "İnterfaks-Azərbaycan"ın baş direktoru təyin edilib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA