Dünya Qüdsü İsrailin paytaxtı kimi tanımadı - BMT 128 dövlətin səsi ilə qərar verdi

img

21-12-2017 [21:40]


BMT Baş Assambleyası Qüdsü İsrailin paytaxtı kimi rəsmən tanımayan qətnamə qəbul etdi.

Mia.az xarici mətbuata istinadən xəbər verir ki, BMT Baş Assambleyası ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarını rədd edib. 

Belə ki, Türkiyə və Yəmənin hazırladığı layihənin əsasında qəbul edilən qətnamənin lehinə 128, əleyhinə 9 ölkə səs verib. 35 dövlət isə bitərəf qalıb.

Qətnamənin əleyhinə səs verən ölkələr ABŞ, İsrail, Qvatemala, Honduras, Marşall adaları, Toqo, Nauru, Palau, Mikroneziya olublar.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA