MSK parlament seçkiləri ilə bağlı Təqvim Planını təsdiq edib

img

06-09-2010 [04:27]


Bu il noyabrın 7-də keçiriləcək parlament seçkiləri ilə bağlı Təqvim Planı bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında təsdiqlənib. Təqvim Planının ilə bağlı MSK katibi Natiq Məmmədov məlumat verib. 61 bənddən ibarət olan planda namizədliyin irəli sürülməsi, imzatoplama kampaniyası, namizədliyin təsdiq edilməsi, seçki sənədlərinin Dairə Seçki Komissiyalarına təqdim olunması, təbliğat təşviqat kampaniyası, səsvermənin keçirilməsi, nəticələrin elan edilməsi və digər seçki mərhələləri öz əksini tapıb. Plana əsasən namizədlərin təşviqatı oktyabrın 15-dən başlayacaq və noyabrın 6-sı saat 8.00-dək davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA