Azərbaycanda cinsi mənsubiyyətə görə abort qadağan olunacaq

img

21-12-2017 [12:52]


Cinsi mənsubiyyətə görə hamiləliyin süni pozulması qadağan edilir.

Bu barədə "Reproduktiv sağlamlıq haqqında” yeni qanun layihəsində qeyd edilib.

Yeni qanun layihəsinin 18-ci maddəsində (Hamiləliyin süni pozulması) göstərilib ki, cins ilə bağlı irsi xəstəliklərin keçmə ehtimalı yüksək olduğu hallar istisna olmaqla, uşağın cinsinin təyininə görə müayinənin aparılması və cinsi mənsubiyyətə görə hamiləliyin süni pozulması cinsi mənsubiyyətə görə hamiləliyin süni pozulması ( (selektiv abort) qadağandır. Cins ilə bağlı irsi xəstəliklərin keçmə ehtimalı yüksək olduğu hallarda hamiləliyin süni pozulması ixtisaslı həkim-mütəxəssislərdən ibarət konsiliumun qərarı ilə həyata keçirilir.

Yeni qanun layihəsinin Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacağı gözlənilir/modern.az.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA