Bir neçə telefon qovşağı ləğv olundu

img

21-12-2017 [09:56]


"Bakı Telefon Rabitəsi” MMC-nin tabeliyində olan bir neçə telefon qovşağı ləğv olunub.

Mia.az apa-ya istinadən xəbər verir ki, bu barədə "Vergilər” qəzetinin xüsusi buraxılışında yer alan elanda deyilir. Məlumata əsasən, Yasamal, Xətai, Sabunçu, Xəzər, Qaradağ, Nizami Telefon Qovşaqları bütün hüquq və vəzifələrinin hüquqi varisi olan "Bakı Telefon Rabitəsi” MMC-yə keçməsi şərti ilə ləğv olunduğunu elan edirlər.

Bundan başqa, "Bakı Telefon Rabitəsi” MMC-nin tabeliyində fəaliyyət göstərən Bakı Kabel Qovşağı da ləğv olunub. Müəssisənin bütün hüquq və vəzifələri onun hüquqi varisi olan "Bakı Telefon Rabitəsi” MMC-yə keçib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA