Bu quruma dövlət tərəfindən verilən maşınlar geri alındı - Agentlik reaksiya verdi: Təkcə bizə aid deyil"

img

21-12-2017 [09:53]


Nazirlər Kabineti "Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında" qərarda dəyişiklik edib.

Mia.az qafqazinfo-ya istinadən xəbər verir ki, həmin qərardakı 2 nömrəli əlavə - "Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq-mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)"nin 30-cu hissəsi ləğv edilib.

Qeyd edək ki, həmin hissədə Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi üçün dövlət tərəfindən 2 xidməti avtomobilin ayrılması nəzərdə tutulurdu.

*** 
Müəllif Hüquqları Agentliyinin xidməti avtomobillərinin geri alınacağı barədə yayılan xəbərə reaksiya verib. Bu barədəModern.az-a Agentliyin Hüquq və qeydiyyat sektorundan bildirilib. Qeyd edilib ki, Nazirlər Kabineti "Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarda dəyişiklik edilib. Həmin qərarla minik avtomobillərinin say həddi (limiti) ləğv edilib.

"Bu dəyişiklik, təkcə Müəllif Hüquqları Agentliyinə deyil, bütün publik hüquqi şəxs statusu verilən dövlət qurumlarına aiddir”,-deyə Agentlikdən bildirilib.





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA