Daha bir polis rəisi işdən çıxarıldı - Təyinat

img

20-12-2017 [21:59]


Daşkəsən rayon polis şöbəsinin rəisi vəzifəsindən azad edilib.

Mia.az "Report"a istinadən xəbər verir ki,  daxili işlər naziri Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.

Nazirin əmri ilə Daşkəsən Rayon Polis Şöbəsinin rəsi Fəxrəddin Abbasov vəzifəsindən azad edilərək Ağsu Rayon Polis Şöbəsinə rəis təyin edilib.

Onu da qeyd edək ki, bu gün Saatlı və Salyan rayonlarının Polis Şöbələrinə yeni rəis təyinatları olub. Belə ki, Ramil Usubovun müvafiq əmri ilə Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Cəbrayıl Vəliyev Salyan RPŞ-nə, Gəncə Şəhəri Kəpəz RPŞ-nin rəisi Azər Tağıyev isə Saatlı RPŞ-nə rəis təyin edilib.

Mia.az xəbər verir ki, Daşkəsən və Kəpəz polis şöbəərinə isə hələlik təyinat yoxdur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA