Nazir polis rəisini ana və 4 qızının qətlinə görə işdən çıxarıb? - İddia

img

20-12-2017 [16:21]


Saatlı və Salyan rayonlarının Polis Şöbələrinə yeni rəis təyinatları olub.

Mia.az xəbər verir ki, "qafqazinfo"nun əldə etdiyi məlumata görə, Daxili işlər naziri Ramil Usubov Salyanda baş verən dəhşətli cinayətdən sonra rayonun rəisi Təhmasib İbrahimovu vəzifəsindən azad edib. Nazir rayonda baş verən dəhşətli cinayətin illərlə gizli qalmasını rəisə bağışlamayıb.

Belə ki, dekabrın əvvəlində "Xəzər TV” də yayımlanan Xoşqədəm Hidayətqızının "Səni axtarıram” verilişindən sonra Mehparə Əliyevanın dörd qızı - İradə, Rəqibə, Sevda və Ümidə ilə birlikdə ailə başçısı Fərhad Əliyev tərəfindən 3 il əvvəl qətlə yetirildiyi ortaya çıxmışdı. Məlum hadisədən sonra ata oğlu ilə həbs olunub.

Sözügedən olay ictimaiyyətdə geniş müzakirələrə səbəb olmuşdu.

Qeyd edək ki, T. İbrahimov 2015-ci ildə Suraxanıdan Salyana rəis göndərilmişdi.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA