Şəhid əsgərimizin meyitinin kadrları yayımlanıb

img

06-09-2010 [12:47]


Ermənistanın ?İctimai televiziyası? sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində - Çiləbürt kəndi yaxınlığında ermənilərin hücumunu dəf edərkən qəhrəmancasına həlak olmuş Milli Ordumuzun hərbçilərindən birinin meyitinin kadrlarını yayımlayıb. Güman olunur ki, bu, Bakının Xətai rayonunda qeydiyyatda olan və əslən Cəlilabaddan olan 24 yaşlı Fərid Gülağa oğlu Əhmədovdur. Qeyd edək ki, kadrlarda meyitin üzü göstərilmir. Fərid Əhmədovla birgə şəhid olan 34 yaşlı Əhməd Hüseynağa oğlu Abdullayev doğulduğu Cəlilabadda artıq torpağa tapşırılıb. Allah rəhmət eləsin!

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA