Elbay Qasımzadə yenidən Memarlar İttifaqının sədri seçildi: "Çox sağ olun ki, mənə etibar etdiniz”

img

20-12-2017 [13:58]


Elbay Qasımzadə yenidən Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri seçilib.

Bu barədə Memarlar İttifaqının Azərbaycan Dövlət Filarmoniyasında keçirilən XIX Qurultayında qərar verilib. Qurultayda E. Qasımzadənin namizədliyi irəli sürülüb və onun sədr seçməsinə etiraz edən olmayıb.
 
E. Qasımzadə qurultay iştirakçılarına təşəkkürünü bildirib: "Mən həmişə sizə güvənmişəm, sizin dəstəyinizi hiss etmişəm. Çox sağ olun ki, mənə etibar etdiniz”.
 
Qurultayda iştirak edən Azərbaycan prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov çıxış edərək bildirib ki, ötən beş illik fəaliyyətində Elbay Qasımzadənin fəaliyyəti dövlət tərəfindən müsbət qiymətləndirilib/APA.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA