Bulvarda selfi çəkdirmək istəyən tələbə qız dənizə düşdü... - Son anda ölümdən döndülər

img

19-12-2017 [21:25]


Bakı bulvarında dənizdə batmaq təhlükəsi ilə üzləşmiş 3 gənc xilas edilib.
 
Lent.az xəbər verir ki, Dənizkənarı Milli Parkın Qız Qalası ilə üzbəüz hissəsində 1999-cu il təvəllüdlü Ağayeva Şəfiqə Sabir qızı selfi foto çəkdirmək istəyərkən ehtiyatsızlıqdan dənizə yıxılıb. Bu zaman qızın yanında olan tələbə yoldaşları Nadirzadə Tağı Rövşən oğlu və 2000-ci ildə anadan olmuş Rzayev Murad Azər oğlu onu xilas etmək üçün dənizə atılıblar. Suyun soyuq olması və üzə bilməmələri səbəbindən hər 3 gənc boğulmaq təhlükəsiz ilə üzləşib. Hadisə yerinə gələn mühafizə əməkdaşlarının köməkliyi ilə gənclər xilas edilib.

Qeyd edək ki, xilas edilən gənclərin 3-ü də Azərbaycan Maliyyə İqtisad Kollecinin 3-cü kurs tələbələridir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA