19-12-2017 [17:14]
Moskva şəhərində MDB üzv dövlətlərin Təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının (SORB) 43-cü iclası keçirilib.
Mia.az Dövlət Təhlükəsizliyi Xidmətinin saytına istinadən xəbər verir ki, iclasın işində Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev iclasda çıxış edərək bildirib ki, hazırda beynəlxalq terrorçu təşkilatların fəaliyyət göstərdikləri ərazilərdə yaranmış şəraitin fonunda dini ekstremistlərin aktivləşməsi cəhdlərinə qarşı səngimədən mübarizə aparılmalıdır.
General-leytenant Mədət Quliyev bu baxımdan regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında təhdid və hədələr barədə əldə edilmiş qabaqlayıcı əməliyyat məlumatları mübadiləsinin intensivləşdirilməsinin, həmçinin terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı səmərəli təbliğat işinin gücləndirilməsinin vacibliyini qeyd edib.
İclasda təhlükəsizlik sahəsində əməkdaşlıq perspektivləri üzrə aparılmış müzakirələrdə Yaxın Şərq və Orta Asiyadakı son vəziyyətə xüsusi diqqət yetirilib, yeni reallıqlar nəzərə alınmaqla MDB üzv dövlətlərin beynəlxalq terrorçuluq və ekstremizmin müxtəlif zorakı təzahürlərinə qarşı mübarizənin fəallaşdırılması və təkmilləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi edilib. Bundan başqa, SORB yanında Elmi-texniki əməkdaşlıq, İnformasiya təhlükəsizliyi, İbtidai istintaq sahəsində əməkdaşlıq, Narkotik vasitələrin və psixotrop maddələrin beynəlxalq qanunsuz dövriyyəsi ilə mübarizə üzrə komissiyaların fəaliyyətlərinin yekunları qiymətləndirilib. Eləcə də SORB-un və MDB Antiterror mərkəzinin 2018-ci il üçün fəaliyyət planları müzakirə olunub.
Rusiya Federasiyasının dövlət başçısı tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib.
Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndə heyəti Rusiyanın dövlət təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi