Rəsulzadənin həyat yoldaşının məzarı bərpa edildi - FOTO

img

19-12-2017 [14:28]


Azərbaycan Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı Leyla xanımın (Vanda xanım) Türkiyədə tapılan məzarı bərpa edilib.

Mia.az xəbər verir ki, bu barədə modern.az-a məzarı tapan azərbaycanlı jurnalist Könül Şamilqızı məlumat verib.

K.Şamilqızı məzarın Azərbaycan Kültür Dərnəyinin təşəbbüsü, Anıtlar Dərnəyinin dəstəyilə bərpa edildiyini bildirib:

"Məzarın sadə olamsını mən istədim. Sağ olsunlar, fikrimi soruşdular, mən də "Leyla xanım kimi sadə və zərif olsun” dedim. Bir də həmişə üstündə çiçəklərin olmasını istədim. Sabah gedib çiçəkləri də əkəcəm”.

Jurnalist çox sevincli və qürurlu olduğunu vurğulayıb. Qeyd edək ki, K.Şamilqızının bir müddət əvvəl məzarın yerini tapması geniş ictimaiyyətin marağına səbəb olmuşdu. Bəziləri hətta bu məzarın L.Rəsulzadəyə aid olmadığını iddia etmişdi. K.Şamilqızı isə araşdırmalarla məzarın həqiqətən də L.Rəsulzadəyə məxsus olduğunu təsdiqlədə bildi.


Leyla Rəsulzadənin qəbri Ankaradakı"Əsri" məzarlığının xristian bölməsində yerləşir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA