Yaxın 3 gün ərzində gözlənilən hava zəraiti barədə proqnozu

img

06-09-2010 [11:50]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti yaxın 3 gün ərzində gözlənilən hava şəraiti barədə proqnozlarını açıqlayıb. Nazirlikdən verilən məlumata görə, sentyabrın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən az buludlu olacağı, yağmursuz keçəcəyi və cənub küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 20-24, gündüz 32-35 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti olacaq. Sentyabrın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin az buludlu olacağı, yağmursuz keçəcəyi, şimal-qərb küləyinin gündüz cənub küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 21-24, gündüz 30-33 dərəcə isti təşkil edəcək. Sentyabrın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, şimal-qərb küləyinin gündüz cənub küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 20-24, gündüz 30-33 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarına gəlincə, sentyabrın 6-da hava şəraitinin yağmursuz keçəcəyi, şərq küləyi əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 20-24, gündüz 33-38, dağlarda isə gecə 13-18, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir. Sentyabrın 7-8-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 19-23, gündüz 31-36, dağlarda isə gecə 12-17, gündüz 25-30 dərəcə isti olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA