Qəbirlərin qorunmasına dövlət nəzarət edəcək - Yeni layihə parlamentdə

img

19-12-2017 [12:17]


Milli Məclisin Regional siyasət komitəsinin bu gün keçirilən iclasında "Bələdiyyələrin statusu haqqında” qanunun 4-cü maddəsinə təklif olunan xüsusi abzas müzakirəyə çıxarılıb. 

APA-nın məlumatına görə, abzasda deyilir ki, qəbiristanlıqların salınması və idarə olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən qaydalara uyğun olaraq həyata keçiriləcək.

Komitə sədri Arif Rəhimzadə layihəni şərh edərək bildirib ki, indiyə qədər qəbirlərin qorunmasına dünyasını dəyişmiş şəxslərin yaxınları nəzarət edirdisə, artıq buna müvafiq icra hakimiyyəti cavabdeh olacaq.  

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA