ALP ilə ViP seçki bloklarını rəsmən elan etdilər

img

06-09-2010 [11:33]


Azərbaycan Liberal Partiyası (ALP) ilə Vətəndaş və İnkişaf Partiyası (VİP) 7 noyabr 2010-cu il tarixinə təyin edilmiş Milli Məclisə seçkilərdə birgə iştirak niyyəitni rəsmiləşdiriblər. VİP mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, senyabrın 5-də VİP sədri Əli Əliyev və ALP-nin sədr əvəzi Əvəz Hümbətov (Temirxan) ALP və VİP siyasi partiyalar blokunun yaradılması haqqında Saziş imzalayblar. 8 bənddən ibarət tərtib olunmuş sənəddə blokun rəhbər orqanının strukturu və Sazişi imzalayan tərəflərin üzərləinə götürdükləri öhdəliklər detal formada öz əksini tapıb. Xatırladaq ki, ?Azadlıq? siyai blokunun təsisçilərindən olan ALP ilə VİP blokun fəaliyyətinə xitam verildikdən sonra münasibətlərin davam və inkişaf etdiriləcəyinə dair mövqe ifadə etmişdilər. VİP ilə ALP-nin noyabrın 7-də keçiriləcək parlament seçkilərinə bir seçki bloku halında qatılmaq qərarı həmin mövqenin təsdiqi kimi qiymətləndirilə bilər. Artıq cəmiyyətə elan olunmuş seçki blokunun ?İNSAN NAMİNƏ? adlandırılması razılaşdırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA