Azərbaycanda bu sahələrdə işləyənlərə pulsuz yemək və süd veriləcək – Hökumətdən qərar

img

19-12-2017 [08:30]


Azərbaycanda zərərli, ağır və yeraltı əmək şəraitində çalışan işçilərə pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullar veriləcək.

Nazirlər Kabineti bununla bağlı "İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların Siyahısı”nı və "İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi Qaydaları”nı təsdiq edib.

Səhiyyə Nazirliyinə bir ay müddətində "Pulsuz müalicə-profilaktik yeməklərin rasionunu və vitaminli preparatların tərkibi”ni təsdiq etmək tapşırılıb/APA. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA