Abdulbari Gözəl “Azərsun Holdinq”i təhvil verir - İdarəçiliyi Dubaydakı oğluna ötürür

img

18-12-2017 [12:48]


"Azərsun Holdinq”in prezidenti Abdulbari Gözəl rəhbəri olduğu şirkətin idarəçiliyini oğluna təhfil verir.

Mia.az xəbər verir ki, unikal.org-a daxil olan məlumatda bildirilir ki, yaşının artması ilə əlaqədar Abdulbari Gözəl "Azərsun Holdinq”in müşahidə şurasının sədri vəzifəsindən getməyi düşünür. O buna görə, Dubayda yaşamış oğlu Əhməd Gözəli Bakıya gətirib.

Hazırda "Azərsun Holdinq”in idarəçiliyini öyrənən Əhməd Gözəl yaxın günlərdə atasının rəhbəri olduğu şirkətin başına keçəcəyi gözlənilir.

Bununla belə, Abdulbari Gözəl "Azərsun Holdinq” tərkibində fəaliyyət göstərən bir neçə qurumu da qızları Zeynəb Gözəl və Məryəm Gözələ təhvil verib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA