Azərbaycanda yeni medal təsis olundu - Parlament qanuna dəyişiklik etdi

img

15-12-2017 [18:02]


Milli Məclis Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993-2018) ilə əlaqədar orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

Bu barədə deputatlara məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, təsis edilən yeni medalın təsvirləri deputatlara təqdim edilib: "Həm dövlət atributları, həm də Xüsusi Dövlət Mühafizə Xidmətinin atributları təsvirdə öz əksini tapıb”.

Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov isə deyib ki, sənədə səs verəcək: "Ancaq bəzi qurumların yaranma günü ilə bağlı istinad nöqtələrində fərqlilik var. Bəzi tarixlər cümhuriyyət, bəziləri müstəqillik dövründən götürülür. Hesab edirəm ki, bu məsələlərdə dəqiqlik əldə edilməlidir”.

Axar.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA