100 milyonlar xərcləyən qurumlar niyə təftiş edilmir? - Milli Məclisdə məsələ qaldırıldı

img

15-12-2017 [14:52]


"Hesablama Palatası büdcədən 100 milyonlarla manat xərcləyən qurumların fəaliyyətini yoxlamaqdansa, cüzi maliyyəsi olan bələdiyyələrin işini yoxlayır. Hələ indiyədək Palatanın Müdafiə Nazirliyinin fəaliyyətini yoxladığını müşahidə etməmişik”.

Mia.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Qüdrət Həsənquliyev Milli Məclisdə "Hesablama Palatası haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov isə bildirib ki, Hesablama Palatası son on ildə bələdiyyələri yoxlamayıb. Palata sədri qeyd edib ki, iclasda bir sıra deputatların səsləndirdiyi tövsiyələr nəzərdən keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA