"Said Dadazbəylinin dəstəsi"nin hüquqlanının müdafiə komitəsi Arzu Abdullayeva ilə görüzüblər

img

04-09-2010 [11:53]


Said Dadaşbəylinin dəstəsinin İctimai Müdafiə komitəsi hüquq müdafiəçisi Arzu Abdullayeva ilə görüşüblər. Ğüdaftə Komitəsindən MİA-ya verilən məlumata görə, müdafiə komitəsinin üzvləri A.Abdullayevaya işlə bağlı ətraflı məlumat veriblər və hazırda həbsdə olan övladlarının və yaxınlarına qarşı ədalətsiz bir qərar çıxarıldığını bildiriblər. Bundan əlavə, İctimai Müdafiə Komitəsinin üzvləri övladlarının talelərinin məhv olunmasından qorxuya düşdüklərini bildiriblər: ?Söhbət əsnasında Arzu xanıma çatdırdıq ki, biz Prezidentimiz Cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun Prezidenti Xanım Mehriban Əliyevaya, Baş Prokuror Cənab Zakir Qaralova, Ədliyyə Naziri Cənab Fikrət Məmmədova müraciət etmişik. Bundan əlavə, İnsan Hüquqları Müdafiəçilərinə də müraciət etmişik. Xahiş etdik ki, bu saxtalaşdırılmış işin qurbanlarını, gənc övladlarımızın talelərinin məhv olunmasına icazə verməsinlər?. Hüquq müdafiəçisi müdafiə komitəsinin üzzvlərini dinlədikdən sonra onlara əlindən gələn köməkliyi edəcəyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA