Piter Semnebi Bakıya ikigünlük səfər edəcək

img

04-09-2010 [11:38]


Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi sentyabr 5-də Bakıya ikigünlük səfər edəcək. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, səfər çərçivəsində qarşıdan gələn seçkilərlə bağlı hazırlıq məsələsi müzakirə olunacaq. Piter Samnebi ölkə rəhbərliyi, eləcə də müxtəlif siyasi partiyalar və vətəndaş cəmiyyətinin təmsilçiləri, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının nümayəndələri ilə görüşəcək. Semnebinin Azərbaycana səfəri çərçivəsində 7 noyabrda baş tutacaq parlament seçkilərinə hazırlıqla bağlı suallar, eləcə də Azərbaycanda və Cənubi Qafqazda baş verən son hadisələr müzakirə olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA