Putinlə Sobçak mətbuat konfransında “atışdı”: "Müxalifəti niyə sıxışdırırsız?"

img

14-12-2017 [17:22]


Rusiya prezidenti Vladimir Putinin ənənəvi illik mətbuat konfransında gərgin anlar yaşanıb.

Mia.az xəbər verir ki, tanınmış teleaparıcı, qarşıdakı prezident seçkilərində Putinə rəqib olmağı planlaşdıran Kseniya Sobçak Rusiya prezidentinə sual ünvanlayıb.

Sobçak Putindən ölkədə müxalifətin niyə sıxışdırıldığı və Aleksey Navalnının seçkidə iştirakının niyə əngəlləndiyini soruşub.

"Siz burada jurnalist kimi iştirak edirsiz? Yoxsa sizdən əvvəlki natiq (sual verən-red:) kimi yalan danışırsız və bura namizəd kimi gəlmisiz?", – deyə Putin Sobçakın sualına sualla qarşılıq verib.

Sobçak jurnalist olduğunu və  «Dojd» telekanalını təmsil etdiyini deyib.

Bunun ardınca Navalınını Mixail Saakaşvili ilə müqayisə edən Putin bildirib ki, müxalifət müsbət fəaliyyətlərin əks olunduğu aydın və başadüşülən proqramla çıxış etməlidir: "Biz Rusiyada ikinci Ukraynanın olmasını istəmirik və buna imkan verməyəcəyik! Hakimiyyətə proqramı olmayan müxalifət nümayəndəsinin gəlməsi Rusiyada "Maydan"ın baş verməsi və küçələrdə "saakaşvililərin" qaçması deməkdir. Rusiya xalqı radikalizmi istəmir. Lakin bununla belə, ölkədə siyasi rəqabət olmalıdır".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA