Yeni sədr deputatın oğlu deyilmiş... - Nazirin qardaşı oğlu çıxdı

img

14-12-2017 [11:10]


Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Müşahidə Şurasına sədr və üzvlər təyin edilib.

Murad Arif oğlu Rəhimov Müşahidə Şurasının sədri, Azad Tahir oğlu Əmrahov və İlqar Aydın oğlu İsbatov  Müşahidə Şurasının üzvləri təyin olunublar.

Bəzi KİV-lər dünən yaydığı məlumatlarda Murad Arif oğlu Rəhimovu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin oğlu kimi təqdim etsə də, xəbər təsdiqlənmədi. 

Deputat Arif Rəhimzadə Modern.az-a açıqlamasında Murad Rəhimovun atası olmadığını bildirib.

Sayt Dövlət Reklam Agentliyi Müşahidə Şurasınnın sədrinin kimliyini dəqiqləşdirib. Məlum olub olub ki, Murad Arif oğlu Rəhimov gənclər və idman naziri Azad Rəhimovun qardaşı oğludur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA