13-12-2017 [15:02]
Mia.az-ın Report-a istinadən xəbərinə görə, bununla bağlı qərarı Baş nazir Artur Rasi-zadə imzalayıb. Ümumi Şərtlər birinci-beşinci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının ümumi şərtlərini müəyyən edir.
Birinci-beşinci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələr üzrə vəzifə təlimatları Nazirlər Kabinetinin müəyyən etdiyi Ümumi Şərtlərə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə razılaşdırmaqla, müvafiq dövlət orqanlarının rəhbərləri tərəfindən qəbul edilir.
Ümumi Şərtlər "Təhsilə dair tələblər”, "İş stajına dair tələblər” və "Bilməlidir” hissələrindən ibarətdir.
"Təhsilə dair tələblər” hissəsində vəzifənin tutulması üçün zəruri olan ali təhsil müəyyən edilir. Vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında təhsilə dair bu tələblərdən biri müəyyən edilir:
ixtisas (ixtisaslar),
ixtisas istiqaməti (ixtisas istiqamətləri) və ya ixtisaslar qrupu (ixtisaslar qrupları),
ixtisas istiqaməti (ixtisas istiqamətləri) və ya ixtisaslar qrupu (ixtisaslar qrupları) və ixtisas (ixtisaslar).
Vəzifənin qulluq funksiyaları nəzərə alınaraq vəzifə təlimatlarında ixtisas, ixtisas istiqaməti və ya ixtisaslar qrupu göstərilmədən ali təhsil müəyyən edilə bilər.
"İş stajına dair tələblər” hissəsində vəzifənin tutulması üçün zəruri olan ümumi iş stajına və dövlət qulluğunda qulluq stajına dair tələb müəyyən edilir.
Ümumi Şərtlərdə iş stajına və dövlət qulluğunda qulluq stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında bu sahələrdən biri üzrə iş və ya dövlət qulluğunda qulluq stajı müəyyən edilir:
Ümumi Şərtlərdə iş stajına dair tələb nəzərdə tutulduğu halda, vəzifənin qulluq funksiyaları nəzərə alınaraq vəzifə təlimatlarında sahə göstərilmədən iş stajı və ya dövlət qulluğunda qulluq stajı müəyyən edilə bilər.
Ümumi Şərtlərdə dövlət qulluğunda qulluq stajına dair tələb nəzərdə tutulduğu halda, vəzifə təlimatlarında vəzifə üzrə tələb olunan ixtisas dərəcəsi müəyyən edilə bilər.
"Bilməlidir” hissəsində vəzifənin tutulması üçün zəruri olan minimal biliklər müəyyən edilir. Vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında digər zəruri biliklər müəyyən edilir, habelə xarici dil və kompüter biliklərinə dair tələblər də nəzərdə tutula bilər.
Birinci-beşinci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulması məqsədi ilə dövlət orqanları vəzifə təlimatlarını digər aidiyyəti sənədlərlə birlikdə Mərkəzə təqdim edirlər. Təqdim edilmiş sənədlərdə hər hansı dəyişiklik olduqda, dövlət orqanı bu barədə 1 ay müddətində Mərkəzə məlumat verməlidir.
Mərkəz məlumatları "Vəzifələr haqqında məlumat bazası”na daxil edir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi