Azərbaycan və Rusiya arasında 3 sənəd imzalanıb

img

03-09-2010 [02:02]


Azərbaycan və Rusiya arasında dövlət sərhədləri haqqında saziş imzalanıb. İmzalanma mərasimi İlham Əliyev və Dmitri Medvedev danışıqlarının yekununda baş tutub. Rusiyanın ?İtar-tass? agentliyinin yaydığı məlumata görə, müqaviləyə sənədi tamamlayan, dövlət sərhədinin təsvir olunduğu əlavə də imzalanıb. İki ölkə prezidentinin iştirakı ilə həmçinin Azərbaycan Dövlət Neft Şirkəti ilə Rusiyanın ?Qazprom? ASC arasında təbii qazın alqı-satqısına dair daha əvvəl bağlanmış müqaviləyə əlavə olunan saziş də imzalanıb. Sazişə əsasən 2010-2011-ci illərdə ?Qazprom?a satılan təbii qazın həcmi artırılacaq. Tərəflər iki ölkə arasında Samur transsərhəd çayının mühafizəsi və səmərəli istifadəsinə dair iki ölkə hökuməti arasında müqaviləni də imzalayıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA