“Gilan Holding”ə daxil olan 3 şirkət ləğv olunub - Siyahı

img

13-12-2017 [11:08]


"Gilan Pasicifik İnşaat Materialları” MMC, "Gilan Motors” MMC və "Gilan Sement” MMC ləğv olunub.

"Report”un məlumatına görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhərinin Yasamal rayonu, N.Nərimanov prospekti, 206, məhələ 466 ünvanına bildirə bilərlər.

"Gilan Pasicifik İnşaat Materialları” rəsmən qeydiyyata 2011-ci ildə alınıb və nizamnamə kapitalı 20 manat olub. "Gilan Sement” 2008-ci ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 40 manat təşkil edib. "Gilan Motors” isə 100 manat nizamnamə kapitalı ilə 2008-ci ildə dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, hər üç şirkətin qanuni təmsilçisi Cəmil Tahir oğlu Muradovdur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA