Xaricdə təhsil almız və izləmiz bir qrup gənc seçkilərə "Gənc Azərbaycan" Seçki bloku ilə gedir

img

03-09-2010 [12:54]


Qarşıdan gələn parlament seçkilərinə xaricdə təhsil almış və işləmiş bir qrup ictimai fəal gənc "Gənc Azərbaycan" adı altında gedəcəklər. Artıq blokun üç üzvü seçkilərdə namizədliklərini irəli sürəcəkləri dairələri müəyyənləşdiriblər. Bu namizədlər aşağıdakılardır: 1) Bayramov Natiq ? ADİU-də və ABŞ-ın Marşaltaun Kollecində təhsil almışdır. Belçikada Azərbaycanlı Tələbələrin Avropa Forumunun baş katibi olmuşdur. Fransada Azərbaycanlı Vətəndaşların Avropa Forumunun qurucusudur. Namizədliyini 53 saylı Quba-Qusar seçki dairəsindən irəli sürəcək. 2) Hacıyev Bəxtiyar - Harvard Universitetinin İctimai Siyasət üzrə magistratura proqramının məzunudur. Əvvəllər AIESEC beynəlxalq tələbə təşkilatının Azərbaycan nümayəndəliyinin qurucusu, BMT Baş Assambleyasında Azərbaycanın gənc nümayəndəsi olmuşdur. Namizədliyini 17 saylı 3-cü Yasamal dairəsindən irəli sürəcək. 3) Namazov Azad - Türkiyənin Boğaziçi universitetinin və ABŞ-ın Florida Universitetinin məzunudur. Namizədliyini 47 saylı Mingəçevir seçki dairəsindən irəli sürəcək. Blok üzvləri ölkədə baş verən dəyişikliklərin ?Həqiqət, Ədalət, Ləyaqət? kimi təməl dəyərlərə əsaslanaraq, vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi, daha yaxşı təhsil və səhiyyə xidməti ilə təmini, eləcə də ölkədə hüquqi dövlət quruculuğu, məhkəmə sistemində islahatlar, inhisarçılıq və korrupsiya ilə effektiv mübarizə, demokratikləşmə prosesinə töhfə vermək niyyətindədirlər. Blok qarşıdan gələn seçkilərə "Müsbət dəyişiklik" mesajı ilə gedəcək. "Gənc Azərbaycan" blokunun üzvləri hesab edirlər ki, Milli Məclisə seçiləcək müstəqil gənc millət vəkilləri siyasi iradə nümayiş etdirməklə köhnə problemlərə yeni, davamlı və qısa müddət ərzində nəticə verəcək həll yolları tapa bilər, vətəndaşlarımızın rifahını yüksəldəcək addımlar ata bilərlər. Eyni zamanda blok üzvləri ölkəmizdən kənarda siyasət, iş, media və akademik sahədə malik olduqları şəxsi əlaqələr sayəsində işğal olunmuş ərazilərimizin işğaldan azad edilməsi başda olmaqla, Azərbaycanın milli maraqları uğrunda fəaliyyətlərinə daha da səmərəli davam etdirərək, daha uğurlu nəticələr əldə edəcəklərinə inanırlar. Seçkilərə start verilənə qədər bloka yeni namizədlərin də qoşulacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA