"Qalan su səthi ümumi istifadədə olacaq" - Xəzərin bölünməsinin detalları açıqlandı

img

12-12-2017 [12:07]


"Razılaşdırılan Konvensiya layihəsində Xəzərdə su səthinin bölgü prinsipi əksini tapıb. 15 millik suverenlik zonasına dövlətin suverenliyi şamil olunur, dövlətin ərazisi 15 mildə davam edir. 15 mildən sonra 10 mil də balıqçılıq zonası müəyyənləşdirilib. Qalan su səthi ümumi istifadədə olacaq".

Bunu xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib. 
 
X. Xələfov deyib kim, su səthinin bölünməsi ilə bağlı bölgü prinsipləri ayrıca sazişlə razılaşdırılacaq və qəbul olunacaq: 
"Razılaşdırılan konvensiya layihəsində Xəzərin təkinin üzbəüz və yanakı dövlətlər arasındakı ikitərəfli sazişlər əsasında sektorlara bölünməsi nəzərdə tutulub".

X. Xələfov bildirib ki, Xəzərin təkinin bölgüsündə orta xətt və yaxud hər hansı vahid prinsip nəzərdə tutulmayıb.

Nazir müavini qeyd edib ki, Azərbaycanla Türkmənistan və İran arasında da bu sahədəki məsələlər ikitərəfli saziş əsasında həllini tapmalıdır.

Qeyd edək ki, Azərbaycan, Qazaxsıtan və Rusiya arasında analoji ikitərəfli sazişlər artıq mövcuddur/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA