Azərbaycanın dövlət bayrağı meydanında qaldırılan bayrağı endirilib

img

03-09-2010 [12:04]


İki gün əvvəl Azərbaycanın dövlət bayrağı meydanında qaldırılan bayraq endirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bayraq endirildikdən sonra açılıb və hələ də yerinə bağlanmayıb. Artıq bir sıra portal və bloglarda bayrağın əsən güclü külək nəticəsində cırılması ilə bağlı informasiyalar da yayılmaqdadır. Məsələylə bağlı ısə hər hansı bir rəsmi məlumat verilməyib. Qeyd edək ki, iki gün əvvəl açılışı olan bayrağın çəkisi 350 kiloqramdır. İnşa olunmuş dayağın hündürlüyü isə 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri isə 1,09 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Azərbaycanda ucaldılan bu bayraq dünyanın ən böyük bayrağı kimi ?ginnes?in rekordlar kitabına da düşüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA