"Əgər xaricə müalicəyə getməsəydim, Allah bilir aqibətim necə olacaqdı" - Sabiq icra başçısı

img

11-12-2017 [11:19]


Bir müddət əvvəl sabiq deputat və icra başçısı İnqilab Nadirov böyrək çatışmazlığı diaqnozu ilə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilmişdi. 

Hətta həkimlərin onun yaşamasına ümidləri yox idi. Amma İnqilab Nadirov Türkiyədə müalicə olunaraq sağ-salamat vətənə dönüb.

 İ. Nadirov deyir ki, o, həmişə müalicə üçün şimali Qafqaza gedirdi. Bu il isə iş elə gətirdi ki, Qalaaltı sanatoriyasına gedəsi oldu:

 "Orada da yaxşı idim, amma axırıncı gün qəflətən məndə çox şiddətli ağrılar baş verdi. Gecə səhərə qədər yata bilmədim. Hələ bir gün əvvəl oğluma zəng etdim, gəlib məni Sumqayıtdakı 2 nömrəli xəstəxanaya apardı. Orada məni müayinə etdilər və müalicə yazdılar. İynələr vurulduqdan 2 gün sonra huşumu itirdim. Demə, qızdırmam qalxıb, aşağı sala bilməyiblər. Nə qədər ediblərsə heç bir nəticə olmayıb. Buna görə də məni Bakıya gətiriblər. Onda qızdırmam 41 dərəcəyə qədər yüksəlmişdi”.

Sabiq deputat danışır ki, onu təcili yardımla bir neçə poliklinikaya aparıblar: "Orada da həkimlər çox çalışdılar, hətta hörmətli akademik Əhliman Əmiraslanov eşidib və tapşırıq verib ki, diqqətli olsunlar. Bütün mətbuat vasitələri xəstəxanaya toplaşmışdı. Hətta belə söhbət gəzir ki, bunun vaxtına 1-2 gün qalıb. Yaşı budur, xəstəlik də ağır xəstəlikdir. Ona görə də müsbət nəticə əldə edilməyəcəkdir”.
 
Bunu eşidəndə İnqilab müəllimin övladları atalarını Türkiyəyə aparmaq qərarına gəlirlər: "Həkimlərə deyirlər, təcili sürətdə diaqnoz verin ki, xəstənin ürəyi imkan verir ki, onu Türkiyəyə götürək. Həkimlər müsbət rəy verirlər. Bu zaman VİAS medical turizm şirkətinə müraciət edildi vətibbi avadanlıqlarla təchiz olunmuş təyyarə ilə məni Türkiyəyə aparırlar. Təyyarədə olarkən qızdırmam 40-41 dərəcə olub. Oradakı həkim Birce Kantar və Ahmet Denizli əllərindən gələni mənim üçün ediblər. Yəni birinci dəfə məni həyata qaytaran onlar oldu. Sistemə duzlu iynə vurublar və mənim qızdırmamı 37 dərəcəyə endiriblər. Gecə saat 3-də İstanbula çatmışıq. Məni orada VİAS şirkətinin nümayəndəsi qarşıladı. Əlbəttə ki, o zaman mənim hələ huşum özümə qayıtmamışdı. Məni əvvəl reanimasiyaya yerləşdiriblər, sonra isə nə lazımdırsa, tam qayğı göstəriblər. Oradakı həkimimin adı Bəhiyyə idi. O, gecə və gündüz mənim üzərimdə əziyyət çəkib və məni ilk dəfə bu şüurlu həyata qaytaran da o olub. Həmçinin reanimasiyanın müdiri Nihat Çakar orada yüksək səviyyədə mənə diqqət göstərdi”.

 O bildirir ki, iki aya yaxın müddətdə İstanbulda qalıb və həkimlər onu əməliyyat etmək qərarı veriblər: "Bu, əvvəlcədən müəyyən olunmamışdı. Orada aparılan müayinələr nəticəsində bu qərara gəlindi. Məni əməliyyat etdilər və bu əməliyyat 45 dəqiqə çəkdi. Mən əməliyyatın olduğunu belə hiss etmədim. Yəni demək istəyirəm ki, burada əməliyyat o qədər yüksək səviyyədə keçdi ki, mən heç nə hiss etmədim. 3-4 gün sonra xəstəxanadan çıxdım və hazırda sağ-salamat qarşınızdayam”.

Qeyd etmək istəyirəm ki, mən oraya çox ağır vəziyyətdə getmişdim və sağalmağıma da elə bir ehtimal yox idi. Ömrümdə birinci dəfə idi ki, xaricdə müalicə alırdım. Amma gördüm ki, gedən adamlar səhv etməyiblər. Mən ora getməsəydim, Allah bilir aqibətim necə olacaqdı. Buna görə də mən həmin şirkətə öz dərin minnətdarlığımı bildirirəm”, - deyir İnqilab Nadirov.

 Məlumat üçün bildirək ki, şair, dramaturq, publisist, ictimai-siyasi xadim İnqilab Ədil oğlu Nadirov Azərbaycan Respublikası Ali Sovetinin üç çağırış (1980- 1995-ci illər), həmçinin, ilk Milli Məclisin deputatı (1991-1995) olub. O, həmçinin 15 may 1994 - 27 avqust 1999-cu illərdə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. 
 
O, iqtisad elmləri namizədi, ekoloji elmlər üzrə fəlsəfə doktoru, professor, Türk Dünyası Araştırmaları Uluslararası Elmlər Akademiyasının və Avropa Təbiət Elmləri Akademiyalarının Akademiki, eləcə də Azərbaycan və Rusiya Yazıçılar ittifaqlarının üzvüdür. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA