"İçərişəhər" stansiyasında 17 yaşlı gənc relslərin üzərinə yıxılıb - Açıqlama

img

11-12-2017 [09:39]


"Bakı Metropoliteni" QSC-nin "İçərişəhər" stansiyasında 17 yaşlı gənc relslərin üzərinə yıxılıb.

Bu barədə "Report”a QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, hadisə bu gün səhər saat 08.41-də "Həzi Aslanov" - "İçərişəhər" xəttində 1 saylı marşrut üzrə hərəkət edən qatar stansiyaya daxil olarkən baş verib.

N.Paşayev qeyd edib ki, 2000-ci il təvəllüdlü Nuriyev Nicat İntiqam oğlunun ayağı dolaşıb və o, relslərin üzərinə yıxılıb: "O, hər hansı xəsarət almayıb, çünki maşinist qatarı vaxtında saxlaya bilib”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA