Prezident Azərbaycanın Fransa və Özbəkistandakı səfirliklərində mədəniyyət mərkəzlərinin yaradılması haqqında sərəncam imzalayıb

img

02-09-2010 [06:18]


Prezident İlham Əliyev Azərbaycanın Fransa və Özbəkistandakı səfirliklərinin tabeliyində mədəniyyət mərkəzlərinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycanın Fransa və Özbəkistandakı səfirliklərinin tabeliyində mədəniyyət mərkəzləri yaradılacaq. Nazirlər Kabinetinə iki ay müddətində ?Azərbaycan Respublikasının xarici ölkədəki diplomatik nümayəndəliyinin tabeliyində olan mədəniyyət mərkəzi haqqında Əsasnamə?ni Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək, bu sərəncamın 1-ci bəndi ilə yaradılan mədəniyyət mərkəzlərinin fəaliyyətinin təmin edilməsi ilə bağlı lazımi tədbirlər görmək tapşırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA