Prezident İlham Əliyev və Nazarbayev Türkiyəyə gedir - Ərdoğandan təcili dəvət

img

09-12-2017 [13:53]


Bu gün Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.
 
Mia.az xəbər verir ki, Türkiyə prezidenti dövlətimizin başçısını İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı İstanbulda keçiriləcək fövqəladə zirvə toplantısına dəvət edib.
 
Prezident İlham Əliyev dəvəti minnətdarlıqla qəbul edib.
 
Dövlət başçıları ABŞ Prezidenti Donald Trampın Qüdsün İsrail Dövlətinin paytaxtı kimi tanınması və səfirliyin bu şəhərə köçürülməsi ilə bağlı qərarının çox yanlış olduğunu vurğulayaraq bildiriblər ki, bu addımlar beynəlxalq hüquqa ziddir və Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər.
 
Eyni zamanda, dövlət başçıları Türkiyə və Azərbaycanın islam həmrəyliyinə töhfə verdiklərini qeyd edərək müsəlman aləminin maraqlarını bundan sonra da müdafiə edəcəklərini bildiriblər.
 
Prezident İlham Əliyev Türkiyə prezidentinin növbəti dəfə islam həmrəyliyi işinə dəstəklə bağlı öz üzərinə götürdüyü missiyaya görə Azərbaycan xalqı adından minnətdarlığını ifadə edib.

Onu da qeyd edək ki, Ərdoğan İlham Əliyevə bərabər, Qazaxıstanın dövlət başçısı Nazarbayevə də zəng edib, onu da Türkiyəyə dəvət edib.

Məlumata görə, Nazarbayev də təklifi qəbul edib.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA