08-12-2017 [19:52]
Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş prezident Ayaz Mütəllibovun mətbuat katibi işləmiş, dələduzluqda təqsirləndirilən Teylor İbrahimovun cinayət işi üzrə məhkəmə prosesinə cəlb edilən Ağdam rayon icra başçısı Raqub Məmmədovun ifadəsi məlum olub.
Hakim Eldar Mikayılovun icraatında olan prosesdə R.Məmmədov dəfələrlə məhkəməyə ifadə vermək üçün çağırılsa da, o, bundan imtina edərək teleqram göndərib və istintaqa verdiyi ifadəsini təsdiqlədiyini bildirib.
Bəs icra başçısı R.Məmmədov istintaqa nələr danışıb?
Rayon başçısı şahid kimi dindirildiyi epizodlarla bağlı prosesdən məlumatlı olduğunu deyib və T.Fətişoğlunu sayt rəhbəri kimi tanıdığını bildirib:
"Teylor rayondakı tədbirlərdə iştirak edib, bunu saytında yayımlayırdı. Sonrada eşitdim ki, mənim adımdan camaatı aldadıb. Bir dəfə İsmayıl Məmmədovla birgə mənim yanıma gəldi. Onu anasının qohumu kimi təqdim edib İmamqulubəyli qəsəbə nümayəndəliyində ona iş verməyimi xahiş etdi. Mən də ona bir iş tapacağımı dedim. Bir müddət sonra İsmayıl tək gəlib məndən işi soruşdu, hələlik vakant yer olmadığını dedim. Sonra eşitdim ki, Teylor mənim adımdan ondan pul alıb. İsmayılı İcra Hakimiyyətinə çağırdım, ətrafdakıların yanında soruşdum ki, Teylor Fətişoğluna vəziyə üçün pul vermisənmi? İsmayıl "xeyr” dedi, mən də ona xəbərdarlıq etdim ki, bu məqsədlə kiməsə pul versə, ona heç bir vəzifə verməyəcəyəm. Bu məsələ beləcə qapandı.
Bir müddət sonra rayonun Üçoğlan kənd sakini Rafil Hətəmov gəlib mənə dedi ki, Su-kanal idarəsinə rəis təyin olunmaq üçün Teylora 35 min manat verib. Ondan əvvəl Teylordan telefonla mənə zəng edərək bunu xahiş etmişdi. Mən ona cavab verib demişdim ki, həmin idarəyə "Azərsu” rəhbərliyi Vüqar Qəhrəmanovu təyin edib.
O ərəfədə Teylor öz saytında Vüqar haqda xoşagəlməz məlumatlar yayırdı. Teylor Rafilə də deyib ki, 35 mini guya mənə verib. Məsələyə aydınlıq gətirmək üçün elə Rafilin yanında Teylora zəng etdim. Ona dedim ki, Rafili niyə aldatmısan, o da mənə dedi ki, pulu onu vəzifəyə təyin etdirmək üçün yox, borc kimi alıb və 10 günə qaytaracaq. Mən Rafilə məsləhət görmüşdüm ki, hüquq-mühafizə orqanlarına müraciət etsin. Teylorun dediklərini Rafilə çatdırdım. O vaxtdan da Teylorla münasibətlərim pisləşdi, onun haqda rayon prokuroruğuna məlumat verdim”.
Qeyd edək ki, T.İbrahimov (Fətişoğlu) sabiq prezident Ayaz Mütəllibovun mətbuat katibi olub və bir neçə il Moskvada mühacirətdə yaşayıb. Teylor Fətişoğlu külli miqdarda pul aldığı şəxsləri vəzifəyə düzəldəcəyini vəd edirmiş. Zərərçəkənlərdən biri, İsmayıl Məmmədov icra nümayəndəsinin müavini təyin olunması müqabilində T.İbrahimova 5 min manat verib: "Dəfələrlə başçının qəbulunda oldum, mənə "sən öl” vurub dedi ki, Teylor işi həll edəcək. Raqub Məmmədov deyirdi ki, məni müavin yox, elə nümayəndə qoyacaq”/qafqazinfo.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi