“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik - Prezident təsdiqlədi

img

08-12-2017 [19:38]


Bu gün Prezident İlham Əliyev "Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edib.

Mia.az xəbər verir ki, dəyişikliyə əsasən, "Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 452, № 12, maddə 731; 2002, № 12, maddə 706; 2005, № 10, maddə 902; 2006, № 11, maddə 927; 2007, № 1, maddələr 1, 4, № 2, maddə 82, № 6, maddə 570, № 8, maddə 756, № 11, maddələr 1078, 1081; 2008, № 3, maddə 155, № 4, maddə 250, № 8, maddə 696; 2009, № 6, maddə 399, № 11, maddələr 877, 878; 2010, № 3, maddə 171, № 11, maddə 944; 2011, № 2, maddə 71, № 11, maddə 988; 2012, № 11, maddə 1039; 2014, № 3, maddə 238; 2016, № 2, I kitab, maddə 193, № 6, maddələr 982, 1018) aşağıdakı məzmunda 14.6-cı maddə əlavə edilib:

"14.6. Prokurorluq işçilərinin işlədiyi müddətdə nəzəri biliklərinin və peşə hazırlığının vaxtaşırı qiymətləndirilməsi yalnız bu Qanunun 14.1-ci maddəsində müəyyən edilmiş hallarda həyata keçirilir. Bu məqsədlə hər hansı digər vaxtaşırı qiymətləndirmə üsulları (imtahan və sair) tətbiq edilə bilməz.”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA